Trampdan məğlubiyyət anonsu: Rusiya artıq ərazinin böyük hissəsinə nəzarət edir

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Donbasın gələcək statusundan asılı olmayaraq, Ukraynadakı müharibənin mümkün qədər tez başa çatdırılmasına çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri həmkarına oktyabrın 17- də keçirilən görüşdə deyib.
Tramp Zelenskiyə bildirib ki, Donbasın Ukraynaya qaytarılması onun üçün əsas prioritet deyil, çünki Rusiya artıq ərazinin böyük hissəsinə nəzarət edir. O, əsas məqsədinin müharibənin qısa zamanda siyasi yolla həllinə nail olmaq olduğunu vurğulayıb.
İki amerikalı rəsmidən əldə edilən məlumata görə, Tramp həmçinin bildirib ki, Ukrayna yaxın zamanda ABŞ-dən uzaqmənzilli "Tomahawk" raketləri alacağına bel bağlamamalıdır.
Görüşdə iştirak edən amerikalı, avropalı və ukraynalı rəsmilərin sözlərinə görə, Tramp danışıqlarda açıq, bəzən isə kəskin mövqe sərgiləyib. Hətta bir məqamda o, Ukrayna nümayəndə heyətinin müzakirəyə gətirdiyi döyüş xəritələrinə baxmaqdan imtina edib.
Fatimə Nəzərli
11:02 22.10.2025
Oxunuş sayı: 925