Baş nazir İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti istefa verib

Yaponiyanın Baş Naziri Şiqeru İşibanın rəhbərlik etdiyi Nazirlər Kabineti yeni baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsvermədən əvvəl istefa verib. Bu barədə "Kiodo" agentliyi xəbər verib.
"İşiba kabineti Yaponiyanın növbəti baş nazirinin seçilməsi üçün parlamentdə keçiriləcək səsvermədən əvvəl istefa verib", - deyə bildirilib.
Oktaybrın 21-də Yaponiya parlamenti növbədənkənar iclasını keçirəcək. Bu gün günortadan sonra üzvlərin yeni baş nazirə səs verməsi gözlənilir. (Trend)
07:50 21.10.2025
Oxunuş sayı: 930