Rusiya zavodunda partlayışı: ölənlərin sayı 5-ə çatdı

Rusiya Federasiyasının Ryazan vilayətində yerləşən “Elastik” zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib. Hadisə nəticəsində bir neçə nəfər hələ də dağıntılar altında qalıb və onların çıxarılması xilasetmə qrupları üçün çətinlik yaradır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, partlayış zavodun barıt istehsalı həyata keçirilən sexində baş verib. İlkin ehtimallara görə, buna texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə zamanı güclü təzyiq dalğası nəticəsində sex tamamilə dağılıb.
Məlumata əsasən, partlayışdan sonra zavoddan 100-dən çox işçi təxliyə edilib. Xilasetmə və yanğınsöndürmə briqadaları ərazidə axtarış işlərini davam etdirir. Hadisə ilə bağlı araşdırma aparılır və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri görülür.
Zəhra Ağayeva
13:57 15.08.2025
Oxunuş sayı: 682