Japarov: "İlon Şorla bağlı iddiaların əsası yoxdur"

Qırğızıstan Prezidenti Sadır Japarov Qərb mediasında moldovalı siyasətçi İlon Şorun Rusiya ilə sanksiyaları ölkə ərazisindən yan keçməklə pozmasına kömək etdiyi barədə yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə heç bir faktın mövcud olmadığını vurğulayıb.
“Rusiyaya qarşı sanksiya tətbiq edən bəzi ölkələr hələ də onunla ticarət aparır. İstər İlon Şor, istər İlon Mask, istərsə də kim olur-olsun, gəlib bizneslə məşğul ola bilər. Biz həmişə çoxvektorlu siyasət yürütmüşük və hər kəslə əməkdaşlığa hazırıq”, – deyə Japarov müsahibəsində bildirib.
Prezident əlavə edib ki, Qırğızıstan iqtisadi əməkdaşlığa açıqdır, siyasi aspekt isə diqqətlə nəzarətdə saxlanılacaq.
Pərvin Hacıyeva
12:53 15.08.2025
Oxunuş sayı: 812