İrəvanda Samvel Karapetyanın həbsi daha 2 ay uzadıldı

İrəvanda Antikorrupsiya Məhkəməsi “Tashir” Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb. Vəkil Liana Gasparyan bildirib ki, müdafiə tərəfi bu qərardan şikayət verəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə prosesi təxminən 10 saat davam edib. Karapetyan iyun ayında Ermənistanda hakimiyyətin ələ keçirilməsinə çağırış etdikdən sonra həbs olunmuşdu.
Sonradan “Tashir” Qrupunun fəaliyyəti ilə bağlı yeni cinayət işi açılıb. Şirkətə qarşı xüsusi böyük məbləğdə çirkli pulların yuyulması və vergidən yayınma ittihamı irəli sürülüb. Şirkətin dörd əməkdaşı da həbs edilib.
Nazirlər Kabineti isə Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi və hərraca çıxarılması barədə qərar qəbul edib.
Pərvin Hacıyeva
12:49 15.08.2025
Oxunuş sayı: 656