Tramp Afrika liderləri ilə sammit keçirəcək

ABŞ prezidenti Donald Tramp iyulun 9-dan 11-dək Vaşinqtonda Afrika ölkələrinin liderləri ilə sammit keçirəcək. "Semafor" portalının verdiyi məlumata görə, görüşdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərinin iştirakı gözlənilir.
Sammit zamanı ABŞ ilə Qərbi Afrika ölkələri arasında faydalı qazıntılar sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilir.
Bundan əlavə, payızda daha geniş miqyaslı ABŞ-Afrika sammitinin keçirilməsi nəzərdə tutulur. Sözügedən tədbirin sentyabr ayında Nyu-Yorkda baş tutacağı planlaşdırılır.
09:08 03.07.2025
Oxunuş sayı: 726