Xameneyinin sözçüsündən şok çağırış: Tramp və Netanyahuya qarşı ölüm təhdidi

İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin ofisinin sözçüsü və tanınmış din xadimi Əlirza Pənahiyan ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatlarına cavab olaraq qalmaqallı açıqlama verib.
Pənahiyan bildirib ki, İranın ali rəhbərini ölüm təhlükəsi ilə hədələyən hər kəs barəsində edam hökmü çıxarılmalıdır. Onun sözlərinə görə, bu hökm İslam müctəhidlərinin rəyinə əsaslanır:
“Müctəhidlər bildiriblər ki, əgər kimsə İranın ali rəhbərini təhdid edərsə, onun barəsində edam hökmü çıxarılmalıdır. Bu mənada Donald Tramp və Benyamin Netanyahu ölümlə hədələdikləri üçün onların öldürülməsi vacibdir”.
Əlirza Pənahiyan daha da irəli gedərək deyib ki,
"Bu hökmə əsasən, dünyanın istənilən yerində hər bir müsəlman canından keçməli və onları öldürməlidir”.
Bu bəyanat beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub və siyasi gərginliyin artmasına səbəb ola bilər. Hazırda ABŞ və İsrail rəsmiləri bu açıqlamaya rəsmi reaksiya verməyiblər.
19:24 01.07.2025
Oxunuş sayı: 596