İran Prezidenti Xankəndidə keçiriləcək ECO Zirvəsinə qatılacaq

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gözlənilir
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Prezident Pezeşkian bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək. Sammitdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Zirvə görüşünə rəsmi şəkildə dəvət edib. Zirvə toplantısında region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın inkişafı kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Mehriban Yariyeva
13:11 01.07.2025
Oxunuş sayı: 906