Kanada Ukraynaya 1.7 milyard dollar göndərdi — Rusiya aktivlərindən ilk ödəniş

Kanada hökuməti G7-nin ERA (Extraordinary Revenue Acceleration) təşəbbüsü çərçivəsində Ukraynaya 1.7 milyard dollar məbləğində vəsait köçürüb. Bu, dondurulmuş Rusiya dövlət aktivlərindən əldə olunan gəlirlərdən Ukraynaya edilən ilk ödənişdir.
ERA təşəbbüsünün əsas məqsədi Ukraynaya 50 milyard dollar kredit ayırmaq və bu məbləği Rusiya aktivlərindən əldə ediləcək gəlirlərlə tədricən geri qaytarmaqdır. Bu addım Ukraynanın iqtisadi dayanıqlığını gücləndirməyi və Rusiya ilə müharibənin təsirlərini azaltmağı hədəfləyir.
12:50 01.07.2025
Oxunuş sayı: 709