Papa Leo Ukraynaya dəstəyini ifadə edib: “Müharibə mənasızdır”

Roma Papası Leo Ukraynaya dəstəyini ifadə edərək, Rusiya-Ukrayna müharibəsini mənasız adlandırıb. O, xüsusilə həlak olanların ailələri, əsirlər, uşaqlar və qocalar üçün dua etdiyini bildirib və bütün ukraynalıları yaşanan sınaqlara baxmayaraq imanı qorumağa çağırıb. Pontifik çıxışı zamanı ümid mesajı da verib: “Həyat ölümə qalib gələcək.”
Ukrayna Prezidenti Volodimir Zelenski isə Papa Leoya verdiyi dəstəyə görə təşəkkür edib. O, öz açıqlamasında vurğulayıb ki, Rusiyanın təcavüzü dayandırılmalı və dünya daha ədalətli olmalıdır.
Papa Leodan gələn bu dəstək mesajı, müharibənin davam etdiyi bir dövrdə Ukrayna xalqı üçün həm mənəvi, həm də beynəlxalq rəmzi əhəmiyyət daşıyır.
11:49 29.06.2025
Oxunuş sayı: 890