Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya kansleri Olaf Şoltsun İsrailə verdiyi dəstək bəyanatından sonra bu ölkənin Tehrandakı səfiri Markus Potzel İran xarici işlər nazirliyinə çağırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran XİN-in Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusefi Almaniya səfirinə rəsmi Tehranın sərt etirazını təqdim edib. Görüş zamanı Almaniya rəhbərliyinin mövqeyinin qeyri-konstruktiv olduğu bildirilib və bu yanaşmanın bölgədə gərginliyi daha da artıracağı vurğulanıb.
09:00 20.06.2025
Oxunuş sayı: 831