İsrailin İran rəsmisinə qarşı sui-qəsd planı ifşa edildi

İranın xarici işlər naziri Abbas Əraqçıyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə onun müşaviri Məhəmməd-Hüseyn Rəncbəran məlumat verib.
Rəncbəranın sözlərinə görə, İsrail bir neçə gün əvvəl Tehranda böyük bir sui-qəsd planlaşdırıb. Lakin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri və təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində planın qarşısı alınıb.
“Təhlükəsizlik qüvvələrimiz tərəfindən görülən tədbirlər olmasaydı, bəlkə də İsrailin bir neçə gün əvvəl Tehranda planlaşdırdığı böyük sui-qəsd həyata keçərdi. Allaha şükürlər olsun ki, bu cəhd uğursuz oldu”, – deyə Rəncbəran bildirib.
Mədinə Cəlilova
08:11 20.06.2025
Oxunuş sayı: 936