İsrailin hava hücumundan müdafiə sistemi zəifləyib

İsrailin hava hücumundan müdafiə sistemi “Dəmir Qübbə”nin son 24 saat ərzində İranın ballistik raketlərinə qarşı uğur göstəricisi 65 faiz təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı ABŞ rəsmiləri açıqlayıb.
Bildirilib ki, İranın raket sistemlərinin sürət və dəqiqlik baxımından təkmilləşməsi İsrailin erkən xəbərdarlıq imkanlarını zəiflədib. Əvvəllər raket hücumlarından 10-11 dəqiqə əvvəl xəbərdarlıq verildiyi halda, bu müddət hazırda 6-7 dəqiqəyə enib.
İsrailli hərbi mənbələrin fikrincə, İranın son günlər istifadə etdiyi daha sürətli və yüksək dəqiqlikli raketlər müdafiə sisteminin effektivliyinə təsir göstərib. Keçmiş İsrail kəşfiyyat rəsmisi bildirib ki, 65 faiz göstəricisi əvvəlki 90 faizlik uğur səviyyəsindən xeyli aşağıdır.
Onun sözlərinə görə, İran raketləri daha dəqiq naviqasiya sistemləri ilə təchiz olunub. Məsələn, bu gün səhər Beersheba xəstəxanası yaxınlığındakı hərbi qərargaha endirilən zərbə nəticəsində xəstəxana da ziyan görüb.
İran tərəfi isə iddiaları rədd edərək, xəstəxananın hədəf alınmadığını, hücumun yaxınlıqdakı hərbi obyektə yönəldiyini bildirib.
05:59 20.06.2025
Oxunuş sayı: 832