ABŞ sursat istehsalı planını yerinə yetirə bilmədi

ABŞ 155 mm-lik artilleriya mərmilərinin istehsalında nəzərdə tutulan hədəfə çata bilməyib. Ölkə 2025-ci ilin yazına qədər ayda 75 min, payızına qədər isə 100 min mərmi istehsal etməyi planlaşdırırdı. Lakin real göstərici hazırda cəmi 40 minə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Bu, 2022-ci ilin fevralında olan 14,5 minlik göstəricidən əhəmiyyətli dərəcədə yüksək olsa da, ilkin planlarla müqayisədə ciddi geriləmə hesab olunur.
Nigar Rəhimova
21:59 19.06.2025
Oxunuş sayı: 715