Netanyahu: "İsrailin ən böyük dostu Amerikadır"

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını ölkəsinin əsas vəzifələrindən biri hesab edir.
Crossmedia.az xəbər verir ki, Baş nazir dünya üçün real təhlükə mənbəyi olan Tehranın nüvə ambisiyalarına qarşı mübarizənin zəruri olduğunu bildirib.
“Tehrandan gələn nüvə təhdidini aradan qaldırmaq İsrailin məsuliyyətidir. Biz bu təhdidi passiv şəkildə izləyə bilmərik”, – deyə o qeyd edib.
Netanyahu əlavə edib ki, davam edən müharibə şəxsi fədakarlıqlar tələb edir və bu, onun ailəsinə də təsirsiz ötüşməyib:
“Mənim oğlum toyunu təxirə salmaq məcburiyyətində qaldı. Müharibə hər kəsə təsir edir”.
Baş nazir İranın ali dini lideri Ayətullah Əli Xameneinin fiziki hədəfə çevrilməsi ehtimalı ilə bağlı suala cavabında bildirib:
“Heç kim toxunulmaz deyil”.
Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasətinə də toxunub və onu “İsrailin ən böyük dostu” adlandırıb:
“İsrailin heç vaxt bundan yaxşı dostu olmayıb. Tramp oyunun qaydalarını yaxşı bilir və onun hər qərarını yüksək qiymətləndiririk”.
21:36 19.06.2025
Oxunuş sayı: 771