KİV: ABŞ İsrail-İran müharibəsinə qoşulmağı planlaşdırır

ABŞ yaxın günlərdə İrana zərbə endirməyi planlaşdırır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Fordodakı uranın zənginləşdirilməsi mərkəzinə zərbə endirilməsinə meyllidir. Dövlət başçısı hesab edir ki, artıq seçim çox azdır və bu əməliyyatın həyata keçirilməsi Fordonun məhv edilməsi demək olacaq.
Həmçinin qeyd olunur ki, Trampa İranın ən yaxşı mühafizə olunan nüvə obyektinə” zərbənin riskləri və mümkün faydaları barədə artıq məlumat verilib.
Pərvin Hacıyeva
21:21 19.06.2025
Oxunuş sayı: 841