Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında razılaşdırılmış əsir mübadiləsi çərçivəsində daha bir qrup rusiyalı hərbçi azad olunaraq geri qaytarılıb. Mübadilə qarşılığında bir qrup ukraynalı hərbi əsir Kiyevə təhvil verilib.
Crossmedia.az TASS agentliyinə istinadən xəbər verir ki, iyunun 19-da İstanbulda əldə edilmiş razılaşmalara əsasən həyata keçirilən bu əsir mübadiləsi nəticəsində rus hərbçiləri Kiyevin nəzarətində olan ərazidən çıxarılıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, azad edilən rus hərbçiləri hal-hazırda Belarusda yerləşdirilib və onlara ilkin tibbi və psixoloji yardım göstərilir.
Nazirliyin məlumatına görə, yaxın günlərdə həmin hərbçilər Rusiyaya aparılacaq və burada onlar ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya prosesi keçəcəklər.
21:12 19.06.2025
Oxunuş sayı: 798