Hizbullah: “Xameneiyə qarşı təhdidlər axmaqlıq və təhlükəli oyundur”

Livanın “Hizbullah” hərəkatı İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı səsləndirilən sui-qəsd təhdidlərinə sərt reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bu gün yaydığı rəsmi bəyanatda Xameneiyə qarşı sui-qəsd çağırışlarını "axmaq, təhlükəli və nəticələri ağır ola biləcək" addım kimi dəyərləndirib.
“İranın ali rəhbərini hədəf almaq ideyası ehtiyatsızlıq və ağılsızlıq nümunəsidir. Belə təhdidlərin səsləndirilməsi yalnız regionda deyil, bütün dünyada yüz milyonlarla insanı təhqir etmək anlamına gəlir”, – deyə bəyanatda qeyd olunub.
Hizbullah vurğulayıb ki, bu cür ritorika beynəlxalq təhlükəsizliyi təhdid edə, regional sabitliyi sarsıda və yeni toqquşmalara yol aça bilər: “Görünür, bəzi qərarverici dairələr hələ də Xameneinin nüfuzunu və bölgədəki təsir gücünü düzgün qiymətləndirmirlər”.
18:30 19.06.2025
Oxunuş sayı: 754