Rusiyanın bu ölkədə casus şəbəkəsi aşkarlanıb

Argentina ölkə daxilində sabitliyi pozmaq məqsədi daşıyan rus casus şəbəkəsini aşkar edib.
Kəşfiyyat məlumatlarına görə, agentlərin əsas vəzifəsi dezinformasiya kampaniyaları yaymaq və Argentinanın daxili işlərinə təsir etmək cəhdi olub. Bunun üçün rusiyayönlü fikirə malik yerli əhali axtarılıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Argentina təhlükəsizlik xidmətləri Rusiya vətəndaşı Lev Andriaşvili və onun həyat yoldaşı İrina Yakovenkonu bu sxemin əsas fiqurları kimi tanıyıb. Hər ikisinin Moskvadan maliyyə aldığı bildirilir.
17:50 19.06.2025
Oxunuş sayı: 512