Netanyahu Xameneyinin hədəfə alınmasının mümkünlüyünü istisna etmədi

Bu gün İsrail baş naziri Benyamin Netanyahu İranın ali rəhbəri Əli Xameneyinin hədəfə alınması ilə bağlı suala cavab olaraq deyib ki, “heç kim toxunulmaz deyil”.
Bununla bağlı Crossmedia.az İsrail KİV-ə istinadən məlumat verir.
O, bildirib ki, Xameneyinin hədəfə alınması üçün bütün variantlar müzakirə edilir və bununla bağlı mediada danışmamaq daha yaxşıdır.
ABŞ-nin İsrailin İrana hücumlarına dəstəyi ilə bağlı Netanyahu qeyd edib ki, hər şey Trampdan asılıdır və “o, oyunun qaydalarını bilir”.
17:40 19.06.2025
Oxunuş sayı: 482