Ayətullah Sistani: “İran rəhbərliyinə hücumlar genişmiqyaslı xaosa səbəb ola bilər”

İraqın şiə ruhani lideri Ayətullah Əli Sistani İsraillə İran arasında artan gərginlik fonunda Tehran rəhbərliyinə qarşı mümkün hücumlara qarşı xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Sistani belə hücumların “bütün tərəflərin maraqlarına ciddi zərər vuracaq genişmiqyaslı xaosa” yol aça biləcəyini deyib. O, bu cür təxribatların regionda sabitliyi pozacağını və təhlükəsizlik risklərini artıracağını vurğulayıb.
“İranla İsrail arasında davam edən müharibə bütün regionu qeyri-sabitliyə sürükləyə və ümumi sülhə ciddi təhdid yarada bilər”, – deyə Ayətullah bildirib.
Zəhra Ağayeva
12:16 19.06.2025
Oxunuş sayı: 655