İranın hücumları nəticəsində İsraildə azı 65 nəfər yaralanıb

İsrailin fövqəladə xidmətləri son baş verən İran hücumları nəticəsində azı 65 nəfərin xəsarət aldığını bildirib. Hadisə cümə axşamı baş verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təcili tibbi yardım xidmətinin məlumatına görə, xəsarət alanlardan üç nəfərin vəziyyəti ağırdır. Onların arasında 80 yaşlı kişi və təxminən 70 yaşlarında iki qadın var. Daha iki nəfər isə orta dərəcəli bədən xəsarətləri alıb.
Əlavə olaraq, 42 nəfər qəlpə və zərbə dalğası nəticəsində yüngül xəsarətlər alıb. Bundan başqa, 18 nəfər sığınacaqlara çatmağa çalışarkən müxtəlif dərəcəli travmalar alıb. Onların vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Hadisə yerinə tibbi yardım briqadaları cəlb olunub. Yaralılara yerində ilkin tibbi yardım göstərilir və onların xəstəxanalara təxliyəsi davam etdirilir.
Fatimə Nəbiyeva
12:10 19.06.2025
Oxunuş sayı: 637