İran: “Sionist rejimə aid hər hədəfi vurmağa davam edəcəyik” – Baş Qərargah rəisi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əbdülrəhim Musəvi bildirib ki, Tehran “sionist rejim”ə aid istənilən hədəfə zərbələr endirməyə davam edəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinə məxsus hərbi bazaya səfəri zamanı danışıb. General Musəvi hərbçilərin yüksək döyüş hazırlığı və mənəvi ruhunu alqışlayaraq onlara təşəkkür edib.
“Allahın köməyi ilə aqressiv sionist rejimə məxsus istənilən hədəfi vurmağa davam edəcəyik və qarşımızda heç bir maneə görmürük”, – deyə o vurğulayıb.
Zəhra Ağayeva
12:07 19.06.2025
Oxunuş sayı: 599