Trampdan İranla bağlı qarışıq siqnallar: “Hər şey mümkündür, amma hələ qərar verməmişəm”

ABŞ-nin prezidenti Donald Tramp İranla bağlı mövqeyini açıqlayıb. O, Tehranın Ağ Evə gəlmək istədiyini deyib və bu ehtimala açıq olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp İran rəhbərliyinin ABŞ-la təmas qurmaq niyyətində olduğunu qeyd edib: “İran Ağ Evə gəlmək istəyir, bəlkə də bunu edərəm” – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.
İran rejiminin gələcəyi ilə bağlı suala isə Tramp qeyri-müəyyən cavab verib. “Hər şey baş verə bilər” – deyə o, ehtimalları istisna etməyib. Tramp həmçinin vurğulayıb ki, hələlik İranla bağlı yekun qərar qəbul etməyib: “Fordow nüvə obyektinə zərbə endirmək barədə qərar verməmişəm. İran məsələsində də ümumi mövqeyim hələlik dəqiqləşməyib”.
Yaxın Şərq siyasətinə toxunan Tramp, bölgəyə müdaxilə tərəfdarı olmadığını bildirib: “Mən Yaxın Şərqə qarışmaq istəmirəm” – deyə o, qəti mövqe sərgiləyib.
Nüvə məsələsinə gəlincə, Tramp bildirib ki, İran nüvə silahı əldə etməyə cəmi bir neçə həftə yaxın olub. Onun sözlərinə görə, Tehran böyük bir razılaşmaya çox yaxın idi, lakin bu razılaşma nəticəsiz qalıb.
Prezident əlavə edib ki, onun tərəfdarları “Əvvəl Amerika” (America First) prinsipinə sadiqdirlər və İranın nüvə silahına sahib olmasının qarşısını almaq istəyirlər.
Fatimə Nəbiyeva
09:19 19.06.2025
Oxunuş sayı: 615