İran İsveçrə səfirini çağırdı: Trampın bəyanatına etiraz bildirildi

İran xarici işlər nazirliyi Tehranda ABŞ-nin maraqlarını təmsil edən İsveçrə səfirini çağıraraq Vaşinqtonun son açıqlamalarına etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, diplomatik mənbələrə görə, rəsmi Tehran keçmiş ABŞ prezidenti Donald Trampın İranla bağlı verdiyi bəyanatlara görə İsveçrə vasitəsilə Vaşinqtona rəsmi nota təqdim edib. Görüş zamanı ABŞ-nin İsrailə İranın cavab hücumuna qarşı hər hansı dəstək verməsinin qəbuledilməz olduğu qeyd edilib.
İran tərəfi ABŞ ordusuna bu istiqamətdə ciddi xəbərdarlıq edib və bölgədəki gərginliyin daha da artacağı təqdirdə məsuliyyətin Vaşinqtonun üzərində olacağı vurğulanıb.
01:30 19.06.2025
Oxunuş sayı: 728