Tramp və CENTCOM rəhbəri İranla bağlı hərbi ssenariləri müzakirə edib

The Jerusalem Postun məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla prezident Donald Trampla görüşərək İranla bağlı mümkün hərbi variantları müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Diplomatik mənbələr bildirdiyinə görə, Tramp generalın fikirlərinə ciddi yanaşır və onun təhlükəsizlik sahəsindəki təcrübəsini yüksək qiymətləndirir.
ABŞ və İsrail rəsmilərinin fikrincə, əgər Tehranla yeni razılaşma əldə olunmasa, Tramp prezident olduğu təqdirdə İrana qarşı hərbi zərbə endirilməsi əmrini verməyə hazırdır. Tramp, mümkün razılaşmanın “təslim şərtləri” kimi qəbul edilməsini tələb edir və bu çərçivədə güzəştə getməyəcəyini vurğulayır.
23:15 18.06.2025
Oxunuş sayı: 673