Vaşinqton və Tehran arasında diplomatik körpü qurula bilər

ABŞ mətbuatının məlumatına görə, keçmiş vitse-prezident Mayk Pens Trampı İranla diplomatik dialoqa bir şans verməyə inandıra bilib. Bu səbəbdən yaxın günlərdə iki ölkə arasında yeni danışıqların başlanması ehtimal olunur.
Crossmedia.az xəbərir ki, məlumata görə, ABŞ vitse-prezidenti İranla qarşıdurmadan yayınmaq məqsədilə Trampa bir sıra təkliflər təqdim edib. Mümkün görüşün isə Oman vasitəçiliyi ilə təşkil olunacağı qeyd edilir.
Danışıqların məqsədi bölgədə gərginliyi azaltmaq və tərəflər arasında münasibətlərin normallaşdırılması ola bilər. Hələlik tərəflərdən rəsmi açıqlama verilməyib.
22:40 18.06.2025
Oxunuş sayı: 733