“Axirət Günü” təyyarəsi Vaşinqtona endi

ABŞ-nin nüvə müharibəsi ssenariləri üçün nəzərdə tutulmuş Boeing E-4B təyyarəsi – tanınmış adı ilə “Axirət Günü” (Doomsday Plane) Vaşinqtonda eniş edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hazırda rəsmi səbəb açıqlanmasa da, bu təyyarə ABŞ prezidenti və ölkə rəhbərliyinin fövqəladə hallarda qorunması üçün istifadə olunur. Xüsusi texnologiyalarla təchiz edilən E-4B, nüvə hücumu və ya digər milli təhlükə hallarında komanda mərkəzi kimi fəaliyyət göstərə bilir və həftələrlə havada qalma imkanına sahibdir.
Məlumata görə, bu təyyarə sonuncu dəfə 11 sentyabr 2001-ci il terror aktlarından sonra Vaşinqtona enmişdi. Bu dəfəki hərəkəti isə dünya ictimaiyyətində yeni narahatlıqlara səbəb olub.
22:25 18.06.2025
Oxunuş sayı: 444