Trampdan Netanyahuyla bağlı şok AÇIQLAMA: “Hər gün danışırıq, tam arxasındayam!”

ABŞ Prezidenti Donald Tramp İsrailin İranla apardığı hərbi əməliyyatlarda Baş nazir Benyamin Netanyahunun siyasətini tam dəstəklədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, CNN-ə açıqlamasında Tramp İsrail liderinə hansı mesajı verdiyi ilə bağlı sualı belə cavablandırıb:
“Dedim: davam et”.
Tramp bildirib ki, Netanyahuyla hər gün təmasda olur:
“O, yaxşı insandır, çox iş görür. Hər gün onunla danışıram”.
ABŞ Prezidenti eyni zamanda İsrailə əlavə yardım məsələsinin müzakirə olunub-olunmadığına da münasibət bildirib:
“Xeyr. Hələlik o, yaxşı idarə edir”.
22:10 18.06.2025
Oxunuş sayı: 726