İranda internet də kəsildi

İyunun 18-i axşam saatlarından etibarən İranda internetə genişmiqyaslı məhdudiyyət tətbiq olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə internetə qlobal çıxışın monitorinqi ilə məşğul olan beynəlxalq “NetBlocks” təşkilatı məlumat yayıb.
Təşkilatın “X” sosial şəbəkəsində dərc etdiyi açıqlamada bildirilir:
“Real vaxt rejimində əldə etdiyimiz texniki göstəricilər göstərir ki, İran hazırda demək olar ki, tam miqyaslı milli internet kəsintisi vəziyyətindədir.”
İnformasiya bloklanması yalnız sosial şəbəkələrlə məhdudlaşmır. Xəbər yayılana qədər ölkənin bir sıra rəsmi xəbər portallarına, o cümlədən dövlətə məxsus "IRNA" informasiya agentliyi və "Fars News" saytına da çıxış mümkün olmayıb.
21:39 18.06.2025
Oxunuş sayı: 520