KİV: "ABŞ İrana hücum edərsə, London da döyüşə girə bilər"

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyat qərarına cavab olaraq, Birləşmiş Krallığın iştirakı ehtimalını qiymətləndirmək üçün bu gün fövqəladə “Cobra” iclası keçirəcək.
Crossmedia.az “The Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ administrasiyası Böyük Britaniyadan Hind okeanındakı “Dieqo Qarsiya” hərbi bazasına çıxış istəyəcək. Həmin bazada tez-tez nüvə obyektlərinə qarşı zərbə endirməyə qadir olan B-2 strateji bombardmançıları yerləşdirilir.
Qeyd edək ki, ehtimal edilən zərbə İranın yerin altında yerləşən nüvə obyektlərindən biri olan Fordo zavoduna yönəldilə bilər.
21:24 18.06.2025
Oxunuş sayı: 464