İran “Fəth-1” adlı hipersəs raketindən istifadə etdiyini açıqladı

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin son hərbi əməliyyatlarında “Fəth-1” tipli hipersəs raketlərindən istifadə edildiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, SEPAH 11-ci mərhələdə həyata keçirdiyi zərbələrdə bu raketləri işə salıb.
Qeyd olunur ki, 2023-cü ildə təqdim edilən “Fəth-1” raketləri 1400 kilometr məsafəyə qədər uçuş qabiliyyətinə malikdir və təxminən 450 kiloqram partlayıcı daşıya bilir.
SEPAH-ın sözçüsü raketin yüksək dəqiqliyə və sürətə sahib olduğunu bildirərək, onun “strateji üstünlük təmin edən silah” olduğunu vurğulayıb. Hazırda raketlərin hansı ərazilərə atıldığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Zəhra Ağayeva
20:07 18.06.2025
Oxunuş sayı: 515