İran XİN: “İsrailin hücumu səbəbindən ABŞ ilə danışıqlar dayandırıldı”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, “Tehran-Vaşinqton danışıqları İsrail hücumu səbəbindən dayandırılıb”.
Bu barədə Crossmedia.az İran KİV-ə istinadən məlumat verir.
O, “İsrailin hücumunun ABŞ-nin razılığı olmadan baş verməyəcəyini” bildirib.
“İranın diplomatiya yolunda irəlilədiyi” fikrini səsləndirən XİN sözçüsü deyib ki, müharibəni başladan ABŞ-nin dəstəklədiyi İsrail olub.
17:56 18.06.2025
Oxunuş sayı: 596