İsrail İranın hərbi obyektlərini hədəfə alıb

İsrail Müdafiə Ordusu ötən gecə İranın paytaxtı Tehran ətrafında yerləşən hərbi obyektlərə genişmiqyaslı hava zərbələri endirdiyini açıqlayıb.
Bu barədə Crossmedia.az İran KİV-ə istinadən məlumat verir.
Məlumata görə, 50-dən çox qırıcı təyyarə İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinin dəstəyi ilə uran zənginləşdirən sentrifuqaların istehsal edildiyi obyektə zərbə endirib. İsrail tərəfi bu obyektin nüvə silahı proqramı üçün istifadə olunduğunu bildirir.
17:35 18.06.2025
Oxunuş sayı: 660