"Netblocks" İranda ciddi internet kəsilməsini təsdiqləyir

Müxtəlif ölkələrdə internet sürəti və keyfiyyətinə nəzarət edən "Netblocks" bir neçə saat əvvəl İranda internet sürətində və trafikdə fasilələrin olduğunu təsdiqləyən cədvəli dərc edib.
Crossmedia.az "Netblocks"-a istinadən xəbər verir ki, telemetriya məlumatlarının təhlili İranda internet trafikinin əhəmiyyətli dərəcədə azaldığını göstərir. Təhlükə İsraillə artan münaqişə fonunda baş verib və çox güman ki, bu həssas dövrdə ictimaiyyətin məlumatlara çıxışını məhdudlaşdırır.
09:50 18.06.2025
Oxunuş sayı: 611