SEPAH-dan cavab zərbəsi: İran İsrail hava bazalarını vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisinə qarşı hücumlar təşkil etdiyi iddia edilən bir sıra İsrail hava bazalarına zərbələr endirib.
Crossmedia.az bu barədə İranın dövlət xəbər agentliyi İRNA-ya istinadən xəbər verir.
“Zərbələr sionist rejimin İslami İranın müqəddəs torpaqlarına qarşı həyasız hücumlarına cavab olaraq həyata keçirilib”, - deyə İnqilab Keşikçiləri Korpusunun bəyanatında bildirilir.
Bəyanatda əməliyyatın "davamlı, hərtərəfli, çox səviyyəli və mərhələli formatda davam edəcəyi" də vurğulanıb.
09:33 18.06.2025
Oxunuş sayı: 637