Makron: "İranda rejim dəyişikliyi regionda gərginlik yarada bilər"

Kanadada keçirilən G7 Zirvə toplantısında çıxış edən Fransa Prezidenti Emmanuel Makron İranda rejim dəyişikliyi üçün atılacaq hər hansı addımın regionda təhlükəli gərginlik yarada biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Makron ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneinin hədəfə alınması ilə bağlı “hələlik onu öldürmək niyyətimiz yoxdur” açıqlamasından sonra çıxış edərək, ABŞ-nin diplomatik kanalları açıq saxlamağa çalışmasını müsbət addım kimi qiymətləndirib.
O, həmçinin Trampın İran və İsrail arasında atəşkəsin bərpasına dəstək verdiyinə inandığını qeyd edib.
“Prezident Trampın gərginliyi diplomatiya yolu ilə həll etməyə çalışması vacibdir”.
Qeyd edək ki, G7 Zirvə toplantısı Kanadanın Kvebek vilayətində keçirilir və dünya liderləri burada Yaxın Şərqdəki son gərginliyi, o cümlədən İsrail-İran qarşıdurmasını müzakirə edirlər.
Aybəniz Səfərova
03:45 18.06.2025
Oxunuş sayı: 1111