İspaniya xalqlı İran üçün küçələrə axışdı

İspaniyanın paytaxtı Madriddə İrana dəstək məqsədilə etiraz aksiyası təşkil olunub.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, etirazçılar İranın Madriddəki səfirliyinin qarşısına toplaşaraq beynəlxalq təzyiqlərə qarşı çıxıb və İsrailin siyasətinə etiraz ediblər.
Etirazçlar əllərində İran bayraqları və müxtəlif şüarlar yazılmış pankartlar tutaraq, “İrana qarşı təhdidlərə son”, “Yaxın Şərqdə müharibəyə yox” kimi çağırışlar səsləndiriblər.
Yerli hüquq-mühafizə orqanları səfirlik binasının ətrafında təhlükəsizlik tədbirləri görüb.
23:29 17.06.2025
Oxunuş sayı: 666