İsrail döyüş təyyarələri Türkiyə hava məkanını pozdu

İsrailə məxsus döyüş təyyarələri bu gün səhər saatlarında Türkiyənin hava məkanını pozub.
Crossmedia.az xəbər verir ki, insident zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları havaya qalxaraq İsrail təyyarələrinə radio vasitəsilə xəbərdarlıq edib. Bundan sonra İsrail təyyarələri geri çəkilib.
Məlumata görə, Türkiyə şərq sərhədlərində hava hücumundan müdafiə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Hazırda bölgədə 24 saatlıq erkən xəbərdarlıq və nəzarət sistemi ilə hava məkanına nəzarət həyata keçirilir.
İsrailin bu addımının Türkiyənin hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmək cəhdi olduğu ehtimal edilir.
22:28 17.06.2025
Oxunuş sayı: 684