Tramp: “Ali Liderin harada gizləndiyini bilirik, lakin onu hələlik hədəf almırıq”

ABŞ Prezidenti Donald Tramp İranın ali dini liderinə və regiondakı vəziyyətə dair sərt açıqlama ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” platformasında yaydığı paylaşımda İran rəhbərliyinə ciddi xəbərdarlıq ünvanlayıb.
“Biz ali lider adlandırılan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma hazırda təhlükəsiz yerdədir. Biz onu hədəfə almaq niyyətində deyilik – hələlik. Ancaq ABŞ mülki əhaliyə və ya hərbçilərimizə yönəlmiş raket hücumlarını qəbul etməyəcək. Səbrimiz tükənmək üzrədir”, – deyə Tramp bildirib.
Prezident əlavə edib ki, İran qeyd-şərtsiz təslim olmalı, əks halda ciddi nəticələrlə üzləşəcək.
21:15 17.06.2025
Oxunuş sayı: 683