İranın sabiq prezidentinin ofisi sui-qəsd iddialarını rədd edib - YENİLƏNİB

Mahmud Əhmədinejadın ofisi onun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə Crossmedia.az İran mediasına istinadən xəbər verir.
22:33
XXX
İranın sabiq prezidenti Mahmud Əhmədinejat silahlı hücum nəticəsində öldürülüb.
Crossmedia.az xəbər verir ki, hadisə Tehranın mərkəzində baş verib.
Məlumata görə, naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində Əhmədinejat yerindəcə həyatını itirib.
Qeyd edək ki, Mahmud Əhmədinejat 2005–2013-cü illərdə İran İslam Respublikasının prezidenti vəzifəsini icra edib. Onun haqqında zaman-zaman yəhudi mənşəli olması ilə bağlı iddialar da irəli sürülüb.
22:40 17.06.2025
Oxunuş sayı: 3348