Tramp: “İrana sülh danışıqları üçün müraciət etməmişəm”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında guya aparılan pərdəarxası təmaslar barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edərək, sülh danışıqları ilə bağlı İran tərəfinə müraciət etmədiyini bildirib.
“Mən heç bir şəkildə sülh danışıqları ilə bağlı İrana müraciət etməmişəm. Bu, saxta xəbərdir! Danışmaq istəyirlərsə, mənimlə necə əlaqə quracaqlarını bilirlər. Onlar masanın üstündə olan razılaşmanı götürməli idilər. Bu, çox insanın həyatını xilas edə bilərdi”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, son günlər ABŞ və İran arasında mümkün diplomatik təmaslar barədə bəzi xarici KİV-lərdə məlumatlar yayılmışdı.
20:53 17.06.2025
Oxunuş sayı: 605