CNN: İsrailin İrana zərbələri nüvə proqramını dayandıra bilməyib

İsrailin İrana zərbələri nüvə proqramını sadəcə bir neçə ay yavaşladıb amma onun dayandırılmasına nail olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ kəşfiyyat agentlikləri və MAQATE İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərəri qiymətləndirərkən, bu hücumun İranı əvvəllər ABŞ rəsmilərinin ehtimal etmədiyi bir addım atmağa – nüvə silahı hazırlamağa sövq edə biləcəyinə dair narahatlıqlar yaranıb. Çünki Fordo nüvə obyekti fəaliyyətini davam etdirir. İsrailin ABŞ-nin iştirakı olmadan onu tamamilə məhv etməsi mümkün deyil”,- deyə məlumatda bildirilir.
Nəzrin Salmanova
18:59 17.06.2025
Oxunuş sayı: 608