İsrail əməliyyatı davam etdirir: Hədəf İranın nüvə proqramı və ballistik raketləridir

İsrail Silahlı Qüvvələri (ÇAXAL) İrana qarşı həyata keçirdikləri əməliyyatın hələ başa çatmadığını və məqsədlərinin İranın nüvə proqramı və ballistik raket sistemindən doğan mövcud təhlükəni tam aradan qaldırmaq olduğunu açıqlayıb. Rəsmi şəxslər bildirirlər ki, hücumlar plan üzrə davam etdirilir və uyğun vaxtda davam etdiriləcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ÇAXAL-ın Operativ İdarəsinin rəisi general-mayor Oded Basyuk jurnalistlərə açıqlamasında əməliyyatın hələ “son mərhələdə” olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd İran rejiminə qarşı zərbə endirməkdir, xalqın deyil.
Basyuk əlavə edib: “Biz rejimə zərbə vururuq, əhaliyə deyil. Gələcəyin daha yaxşı olmasını haqq edən xalqı deyil, bizə təhdid yaradan Tehran rəhbərliyini hədəfləyirik. Şiraz küçələrində gəzən insanlara qarşı əməliyyatımız yoxdur”.
Zəhra Ağayeva
16:28 17.06.2025
Oxunuş sayı: 867