Tramp Makronu hədəf aldı: “Daim səhv edir və diqqət çəkməyə çalışır”

ABŞ prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” platformasında paylaşım edib.
Makronun onun G7 sammitini tərk edərək Vaşinqtona İsrail-İran arasında atəşkəslə bağlı danışıqlara görə qayıtdığı barədə dediklərinə cavab verən Tramp bildirib:
“Fransa Prezidenti Emmanuel Makron daim diqqət çəkməyə çalışır və yanlış olaraq bəyan edib ki, guya mən Kanadadakı G7 sammitini atəşkəslə məşğul olmaq üçün tərk etmişəm. Bu, doğru deyil! Onun mənim Vaşinqtona hansı səbəbdən getdiyim barədə heç bir anlayışı yoxdur. Və bu, atəşkəslə bağlı deyil – daha vacib məsələdir. İstər bilərəkdən, istərsə də bilmədən, Emmanuel həmişə səhv edir. Gözünüz bizdə olsun!”
Trampın bu bəyanatı İsrail və İran arasında gərginliyin artdığı bir dövrdə Qərb liderləri arasında diplomatik anlaşılmazlıqların da mövcud olduğunu göstərir.
12:50 17.06.2025
Oxunuş sayı: 656