"Görünməz təhlükə" – İranın radarlardan yayınan raketləri

Qətərin “Əl-Cəzirə” telekanalı İranın ötən gecə İsrailə endirdiyi raket zərbələri ilə bağlı yayımladığı materialda maraqlı məqamlara diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, son iki hücumda istifadə olunan raketlərin texniki xüsusiyyətləri və mənşəyi barədə həm hərbi analitiklər, həm də İsrail mediası arasında ciddi suallar yaranıb.
Telekanal bu raketlərin “görünməz” texnologiya ilə təchiz oluna biləcəyini istisna etmir.
Qeyd olunur ki, raketlərin radarlardan yayınması və hava hücumundan müdafiə sistemlərini aşması onların yeni nəsil və daha mürəkkəb modellər ola biləcəyi ehtimalını artırır.
Ayəbəniz Səfərova
10:38 17.06.2025
Oxunuş sayı: 3155