İsrail ordusu İranın qərbindəki hərbi obyektləri bombalayıb

İsrail Hərbi Hava Qüvvələri ötən gecə İranın qərb bölgəsində yerləşən bir neçə hərbi hədəfə hava zərbələri endirib.
Crossmedia.az İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, hücum nəticəsində zenit-raket buraxılış qurğuları və onlarla pilotsuz uçuş aparatının (PUA) saxlandığı anbarlar məhv edilib.
Eyni zamanda, hücum zamanı İsrailə doğru atıldığı müəyyən edilən bir neçə raketin də hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq zərərsizləşdirildiyi qeyd olunub.
Aybəniz Səfərova
10:30 17.06.2025
Oxunuş sayı: 1499