ABŞ rəsmisi: Tramp yaşıl işıq yandırsa, ABŞ İsrailin İran kampaniyasına qoşula bilər

ABŞ-nin adının çəkilməsini istəməyən rəsmisi İsrailin i24 News telekanalına bildirib ki, Prezident Donald Tramp razılıq versə, ABŞ İsrailin İrana qarşı hərbi kampaniyasına qoşulmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, mənbənin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu kampaniyaya qoşulmağın zəruri olduğunu düşünür. Lakin administrasiya daxilində bu qərara qarşı çıxan yüksək vəzifəli məmurlar da var.
09:00 17.06.2025
Oxunuş sayı: 782