Ərdoğan: “Raket istehsalına başlayırıq, heç kim bizə qarşı çıxmağa cəsarət etməyəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi gücünü artırmaq istiqamətində mühüm addımlar atıldığını bəyan edib.
“Orta və uzun mənzilli raket ehtiyatlarımızı etibarlı səviyyəyə çatdırmaq məqsədilə istehsala başlayırıq. Qısa zamanda elə bir müdafiə qabiliyyətinə sahib olacağıq ki, heç kim onu şübhə altına ala bilməyəcək”, – deyə Ərdoğan bildirib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Türkiyə hazırda real çəkindiricilik gücünü təmin edəcək miqdarda silah sistemlərinin istehsal mərhələsinə keçib.
“Əgər siyasi, sosial, iqtisadi və hərbi baxımdan güclü deyilsinizsə, çəkindirici ola bilməzsiniz və həmişə zəif mövqedə qalarsınız. Biz bir millət olaraq alçaldılmış vəziyyətdə yaşamaqdansa, şərəflə ölməyə üstünlük veririk”, – Türkiyə Prezidenti vurğulayıb.
Mədinə Cəlilova
23:40 16.06.2025
Oxunuş sayı: 797