İsrail İranda mülki hədəfləri vurub

13 iyun 2025-ci ildən etibarən İrana qarşı hərbi əməliyyatlara başlayan İsrail höküməti bazar ertəsi Tehranda dinc sakinləri və mülki infrastruktur obyektlərini hədəfə alıb.
Crossmedia.az İRNA-ya istinadən xəbər verir ki, hücumlar nəticəsində yaşayış ərazilərinə və şəhərin müxtəlif bölgələrindəki ictimai obyektlərə ciddi ziyan dəyib. İsrailin zərbələri həmçinin mülki əhali arasında itkilərlə nəticələnib.
Qeyd edək ki, İsrailin bu hücumları yalnız hərbi obyektlərlə məhdudlaşmır və getdikcə mülki infrastrukturu da əhatə etməyə başlayır. Bu isə beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur.
20:47 16.06.2025
Oxunuş sayı: 857